Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında yenə zirvədədir.
Komanda son turda Tirananın "Dinamo"suna 2:0 qalib gələrək çempionluğu rəsmiləşdirib.
Zamiq Əliyev ilk 11-də meydana çıxıb, fasilədə əvəzlənib. Qollar ilk hissədə vurulub.
"Eqnatiya" üçüncü dəfə ardıcıl çempion olub. Zamiq Əliyev son iki çempionluqda iştirak edib.












