Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisi uğurlu çıxış edib.
Olimpiya çempionu Hidayət Heydərov 81 kq çəkidə bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə Eqor Suxoparovu məğlub edib.
Zelim Tçkayev isə finalda avstriyalı Bernd Faşinqi yenərək qızıl medalın sahibi olub. Bu, onun Qran-pri turnirlərindəki ilk qızılıdır.












