Zinəddin Zidanın oğlu, qapıçı Luka Zidan (28 yaş) 2026-cı il dünya çempionatı üçün Əlcəzair millisinin heyətinə daxil edilib.
Bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb. Luka əvvəllər Fransa gənclər yığmasında oynayıb, 2025-ci ildə isə Əlcəzair üçün çıxış etmək icazəsi alıb.
Real Madrid yetirməsi olan Luka, İspaniyada Rayo Valyekano və Eybar komandalarında oynayıb, hazırda Qranadanın qapısını qoruyur.
Atası Zinəddin Zidan 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub. Karyerası ərzində Kann, Bordo, Yuventus və Real Madriddə çıxış edib. Məşqçi kimi Real Madridi iki dəfə çalışdırıb, üç Çempionlar Liqası qazanıb.
DÇ-2026-da Əlcəzair Argentina, Avstriya və İordaniya ilə eyni qrupdadır.












