Bond.az White LogoBond.az Black Logo

iPhone-da gizli kamera funksiyası aşkarlandı

iPhone-da gizli kamera funksiyası aşkarlandı: obyektivin çirklənməsini aşkarlayıb bildiriş göndərir. iOS 26-da təqdim olunub.

Orxan Sultanov
Müəllif:Orxan Sultanov- Yazar
|
0

Apple smartfonlarında kamera obyektivinin təmizlənməsi ilə bağlı gizli funksiya aşkarlanıb.

Oxu.Az "CNet" nəşrinə istinadən xəbər verir ki, istifadəçilər tez-tez təsadüfən smartfon kameralarını çirkləndirirlər. Məsələn, obyektivdə barmaq izləri qalır. Apple bunu nəzərə alaraq iPhone üçün obyektivin çirkləndiyini müəyyən edən xüsusi funksiya hazırlayıb. Yenilik iOS 26 əməliyyat sistemində təqdim olunub.

Funksiya çəkilişdən əvvəl kameranın vəziyyətini analiz edir və obyektiv çirkli olduqda istifadəçiyə ekranda bildiriş göndərir. Müəlliflərin sözlərinə görə, bu imkan daha keyfiyyətli fotolar çəkməyə kömək edəcək.

Funksiyanı aktivləşdirmək üçün istifadəçilər smartfonun "Ayarlar" bölməsində "Kamera" menyusuna daxil olaraq "Obyektivin təmizlənməsi ilə bağlı bildirişlər" seçimini aktiv etməlidirlər.

"Bu funksiya aktiv olduqdan sonra iPhone görüntünü avtomatik analiz edəcək və zərurət yarandıqda kameranı silməyi tövsiyə edəcək", - deyə müəlliflər bildiriblər.

Yeni imkan bütün cihazlarda əlçatan deyil. Funksiya yalnız iPhone 15 seriyası və daha yeni modellərdə işləyir.

Digər Xəbərlər
Bu gün / 10:01
|
930

XRİTDX WUF13-də kibertəhlükəsizliyin rolunu nümayiş etdirir

XRİTDX WUF13-də ağıllı şəhərlər üçün kibertəhlükəsizlik həllərini nümayiş etdirir. Simulyasiyalar və təqdimatlarla dayanıqlı şəhərlərin inkişafında kibertəhlükəsizliyin rolu vurğulanır.

0
2026-05-19 15:03
|
511

Azərbaycan AI və data mərkəzləri üçün regional hab olmağa hazırlaşır

Azərbaycan süni intellekt və məlumat mərkəzləri üçün regional hab olmağa hazırlaşır. Samir Məmmədov bildirib ki, ölkənin enerji gücü və yaşıl enerji layihələri üstünlük yaradır.

0
...
iPhone-da gizli kamera funksiyası aşkarlandı | Bond.az