Baku TV-nin "Aktual Gündəm" verilişində Azərbaycanın süni intellekt (AI) erasına keçidi müzakirə olunub. Yeni iqtisadi modelin qurulması və rəqəmsal inkişaf strategiyası gündəmdədir.
Verilişdə Data Elmi və Süni İntellekt İnstitutunun direktoru Ramiz Alıquliyev, "AzScienceNet" rəhbəri Babək Nəbiyev, AI mütəxəssisi İlkin Əhmədov və iqtisadçı Seymur Əliyev iştirak edib.
Müzakirələrdə Azərbaycanın regionun AI lideri olmaq potensialı, dövlət, biznes və təhsilin inteqrasiyası, Rəqəmsal İnkişaf Şurasının qərarları və texnologiya ixracı məsələləri yer alıb.











