Rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planı çərçivəsində Milli Məlumat Hövzəsinin yaradılması və digər iri layihələr həyata keçirilir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib ki, plan 58 təşəbbüsü əhatə edir. 40 dövlət qurumu ilə yol xəritələri hazırlanıb, 13-ü təsdiqlənib.
Nazir vurğulayıb ki, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi davam edir. MyGov platformasının istifadəçiləri sayı 3,5 milyona çatıb.
Süni intellekt prioritet sahədir. MyGov-da virtual köməkçi tətbiq edilib. Azərbaycan Dayanıqlılıq Klasteri yaradılır.
Kibertəhlükəsizlik sahəsində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması üzrə işlər gedir.









