Şərqi Zəngəzurda Ağbənd dövlət sərhədində yeni buraxılış məntəqəsi yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu barədə məlumat verib.
Bağırov bildirib ki, ölkənin tranzit potensialının genişlənməsi ilə paralel olaraq infrastruktur təkmilləşdirilir. Xanoba və Cənub-Astara məntəqələri artıq müasir standartlara cavab verir.












