2025-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası üçün 4 milyard 454.9 milyon manat vəsait ayrılıb. Bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb.
Vəsaitin 84.9 faizi (3781.9 milyon manat) məqsədli vəsait, 7.5 faizi (334 milyon manat) ehtiyat fondu, 6.2 faizi (276.3 milyon manat) investisiya xərcləri, 1.4 faizi (62.7 milyon manat) isə digər ehtiyatlardan ibarətdir.
İnfrastruktur layihələrinə 3930.8 milyon manat ayrılıb. Bunun 2521.9 milyon manatı yol infrastrukturuna (avtomobil yollarına 2197.6, dəmir yollarına 324.3), 992.5 milyon manatı yaşayış kompleksləri və abadlıq işlərinə, 174.5 milyon manatı elektrik təchizatına, 124.6 milyon manatı su və tullantı xətlərinə, 55.8 milyon manatı sənaye parklarına xərclənəcək.











