"Azərenerji" ASC-nin sədr müavini Rüstəm Qasımov WUF13 çərçivəsində bildirib ki, qarşıdakı beş ildə elektrik enerjisinə tələbat 4 giqavat artacaq.
O qeyd edib ki, mövcud bərpaolunan enerji güclərinin 1500 meqavatı şəbəkəyə inteqrasiya ediləcək. Hazırda 15 meqavatlıq bərpaolunan enerji gücü də sisteme qoşulub.
May ayında yeni enerji saxlama sistemi istifadəyə verilib. 500 meqavat-saat enerji artıq şəbəkədədir. 2028-ci il sonuna qədər bu rəqəm 1000 meqavat-saata çatdırılacaq.
Qasımov vurğulayıb ki, tələbatın ödənilməsi üçün ənənəvi və bərpaolunan mənbələr birləşdirilməlidir. Bunun üçün yeni rəqəmsal infrastruktur və proqram təminatı tətbiq olunub.












