Bond.az White LogoBond.az Black Logo

BTQ dəmir yolu modernləşdirildikdən sonra istifadəyə verilir

Bakı-Tbilisi-Qars dəmir yolu modernləşdirildikdən sonra iyunun 2-də istifadəyə verilir. Yükdaşıma qabiliyyəti 5 milyon tona çatdırılıb.

Elçin Abaslı
Müəllif:Elçin Abaslı- Senior Editor
|
0

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun modernləşdirilmədən sonra istifadəyə verilməsi mərasimi keçiriləcək.

Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman rəhbərləri, logistika şirkətlərinin nümayəndələri iştirak edəcək.

Mayın 18-də Bakıda Prezident İlham Əliyev və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə BTQ layihəsi çərçivəsində Koordinasiya Şurasının 41-ci iclasının protokolu imzalanıb. Bu sənəd modernləşdirmə işlərinin tamamlandığını təsdiqləyir.

2024-cü ildə ADY tərəfindən BTQ-nin Gürcüstan ərazisindəki 184 km-lik hissəsində modernləşdirmə aparılıb. Layihə 13 stansiya, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və mühəndis qurğularını əhatə edib. 30 km yeni xətt çəkilib, 153.1 km mövcud yol reabilitasiya olunub.

Nəticədə BTQ-nin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya mühüm quru marşruta çevrilib.

Digər Xəbərlər
Bu gün / 15:32
|
564

SOCAR 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində

SOCAR 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində stendi ilə təmsil olunur. Enerji təhlükəsizliyi, innovasiya və dayanıqlı inkişaf mövzuları vurğulanır.

0
Bu gün / 15:31
|
688

SOCAR və Uzbekneftegaz əməkdaşlıq perspektivlərini müzakirə etdi

SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsində Uzbekneftegaz rəhbəri ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə edib.

0
Bu gün / 14:31
|
352

SOCAR İndoneziyaya 2.5 milyon ton neft tədarük edib

SOCAR 2022-2025-ci illərdə İndoneziyaya 2.5 milyon ton xam neft tədarük edib. Enerji naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda bunu açıqlayıb.

0
Bu gün / 14:30
|
317

Şərqi Zəngəzur-Naxçıvan: 1000 MVt gücündə layihə müzakirəsi

Energetika naziri Pərviz Şahbazov Şərqi Zəngəzurla Naxçıvan arasında 1000 MVt gücündə elektrik əlaqəsi layihəsinin müzakirə olunduğunu bildirib.

0
Bu gün / 14:01
|
433

SOCAR, TotalEnergies və XRG liderləri görüşdü

Bakı Enerji Həftəsində SOCAR, TotalEnergies və XRG rəhbərləri Abşeron qaz yatağı və əməkdaşlığı müzakirə edib.

0
Bu gün / 13:01
|
948

Abşerondan Türkiyəyə 33 milyard kubmetr qaz

BOTAŞ, SOCAR, TotalEnergies və ADNOC arasında 15 illik qaz müqaviləsi imzalanıb. Abşeron yatağından Türkiyəyə 33 milyard kubmetr qaz nəql olunacaq.

0
Bu gün / 12:32
|
825

Hikmət Abdullayev: Texnologiyaya çıxış asan deyil

SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev əməliyyat şirkətlərinin yeni texnologiyalara çıxışının çətin olduğunu bildirib.

0
Bu gün / 12:31
|
806

Avropa Komissiyası: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq

Avropa Komissiyasının rəsmisi Kristina Lobillo Borrero Bakı Enerji Forumunda Azərbaycanın enerji təhlükəsizliyindəki strateji rolunu vurğulayıb.

0
Bu gün / 12:31
|
476

SOCAR: Metan emissiyalarının azaldılması əsas hədəfdir

SOCAR metan emissiyalarının azaldılmasını əsas hədəf olaraq müəyyənləşdirib. Hikmət Abdullayev panel müzakirəsində bu barədə danışıb.

0
Bu gün / 12:02
|
703

Metan sızmalarını dronla aşkarlamaq effektivdir

TotalEnergies eksperti Çingiz Orucov: Dronlar metan sızmalarını aşkarlamaq və həcmini ölçmək üçün effektiv vasitədir. Azərbaycan üçün də uyğun praktika.

0
Bu gün / 11:34
|
544

Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu

Tarif Şurası Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ödəniş məbləğlərini açıqladı. Minik avtomobilləri üçün 1 km-i 8.6 qəpik, bütün yol 6.99 manat olacaq.

0
Bu gün / 11:31
|
257

Qazaxıstanlı nazir BTC-nin əhəmiyyətini vurğuladı

Qazaxıstan energetika naziri Yerlan Akkenjenov BTC-nin ölkəsi üçün strateji əhəmiyyətini Bakı Enerji Forumunda vurğulayıb.

0
...