Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək.
Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.
BTQ dəmir yolu 2017-ci ildən test rejimində işləsə də, rəsmi istifadəyə verilməsi indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometr, onun 213 kilometri Gürcüstandandır.
Layihənin Gürcüstan hissəsi Azərbaycanın 775 milyon dollarlıq krediti hesabına maliyyələşib. Kreditin layihə gəlirlərindən qaytarılması planlaşdırılır.
ADY 2023-2024-cü illərdə BTQ xəttini modernləşdirib, illik yükdaşıma qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırıb.












