İqtisadiyyat naziri Mikayıl Cabbarov ƏDV hesablarındakı vəsaitlərin istifadəsinin genişləndiriləcəyini açıqlayıb.
Nazir AZƏRTAC və İTV-yə müsahibəsində bildirib ki, bank kreditlərinin faizlərinin subsidiyalaşdırılması mexanizminin genişləndirilməsi üzərində işlənir.
"Bu alətdən ilk dəfə COVID pandemiyası dövründə geniş istifadə etdik və nəticələr verdi. İndi onu daha geniş tətbiq etmək istəyirik", - deyə nazir qeyd edib.
Logistika və nəqliyyat xərclərinin azaldılması istiqamətində tədbirlər də nəzərdən keçirilir. Üçüncü məsələ isə ƏDV hesablarındakı vəsaitlərin sosial sığorta ödənişləri üçün istifadəsidir.
Nazir həmçinin investisiya təşviqi mexanizmləri və güzəştli kredit proqramları barədə məlumat verib. Hər il 200 milyon manatdan çox kredit kiçik və orta sahibkarlara verilir.












