İl başlayandan inflyasiya yüksəlməyə meyilli olsa da, əhalinin gəlirləri daha sürətlə artır. Yanvar-aprel aylarında orta illik inflyasiya 5.6% təşkil edib, nominal gəlirlər isə 8.8% artaraq 28.7 milyard manata çatıb.
Ərzaq qiymətləri 6.5-6.8% bahalaşsa da, real gəlirlər 3.2% yüksəlib. Bu, əhalinin alıcılıq qabiliyyətinin yaxşılaşdığını göstərir.
Orta aylıq əməkhaqqı 6.2% artaraq 1,151.5 manat olub. Lakin ərzaq inflyasiyası daha yüksək olduğundan aztəminatlı təbəqənin gəlirləri real olaraq azalıb.












