Ələt Azad İqtisadi Zonasında (AİZ) istehsal olunan məhsulların 50 faizi ixrac edilərsə, müəssisələr 15 il müddətində gömrük rüsumundan azad olunacaq.
Oxu.Az-ın məlumatına görə, bu dəyişiklik "Gömrük tarifi haqqında" Qanuna təklif edilən layihədə əksini tapıb.
Layihəyə əsasən, Ələt AİZ-də istehsal olunan və Azərbaycan mənşəli sayılan malların ən azı 50 faizi ixrac edilməlidir. Bu şərtlə, müəssisənin təsis edildiyi tarixdən 15 il müddətində gömrük rüsumları tətbiq edilməyəcək.
Güzəştlər layihənin qəbulundan sonra 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.












