Bond.az White LogoBond.az Black Logo

İcbari sığorta növlərində dəyişikliklər olacaq

Azərbaycan Mərkəzi Bankı icbari sığorta növlərində dəyişikliklər edəcəyini açıqlayıb. Avtosığorta limiti 5 milyon manat səviyyəsində qorunacaq.

Fuad İbrahimov
Müəllif:Fuad İbrahimov- Senior Editor
|
0

Azərbaycanda bir sıra icbari sığorta növləri üzrə dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır.

Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2026) jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, icbari fərdi qəza sığortasına aid sığorta növlərinin yenilənməsi ilə bağlı işlər görülür: "Biz həm beynəlxalq təcrübəni öyrənirik, həm də bu nüansları hazırlanan konsepsiya çərçivəsində nəzərə almışıq."

İcbari avtosığorta sahəsində də qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. V. Qurbanov bildirib: "Həmin kateqoriyada maddi zərərə görə sığorta məbləği 5 milyon manatdır və bu limit avtomatik bərpa olunur. Yəni vətəndaşın əmlakına 5 milyon manatlıq ziyan dəysə belə, limit sıfırlanmır, yenidən eyni həddə çatdırılır."

Digər sığorta məhsullarında ödəniş edildikdən sonra ümumi sığorta limiti azalır, ancaq avtosığortada qaydalar fərqlidir: sığorta limiti daimi olaraq qorunur və eyni səviyyədə saxlanılır.

Digər Xəbərlər
Bu gün / 09:31
|
614

MİQ-də Yeni Ödəniş Modulu Tətbiq Olunacaq

MİQ sistemində yeni ödəniş modulu tətbiq olunacaq. Layihənin dəyəri 513 min 827 manatdır.

0
Bu gün / 08:02
|
450

Aqrar sahəyə 700 milyon manat investisiya

Azərbaycanda aqrar sahəyə 700 milyon manat investisiya qoyulacaq. Prezidentin köməkçisi Zeynal Nağdəliyev bildirib ki, bu vəsait bitkiçilik, heyvandarlıq və digər sahələrin inkişafına yönəldiləcək.

0
Bu gün / 07:32
|
691

Sığorta aktivləri 2 milyardı keçdi

Azərbaycan sığorta sektorunun aktivləri 2,1 milyard manata çatıb, kapital tələbləri iki dəfə üstələnib.

0
Bu gün / 06:32
|
399

Maliyyə bazarlarının kiber mühafizəsi Mərkəzi Banka həvalə edilir

Maliyyə bazarlarının kiber mühafizəsi Mərkəzi Banka həvalə edilir. Yeni qanun layihəsi ilə kibertəhlükəsizlik tədbirləri gücləndirilir.

0
Bu gün / 06:31
|
399

Kəşfiyyat orqanlarına kiberhücumlar məxfi qalacaq

Kəşfiyyat orqanlarına edilən kiberhücumlar məxfi saxlanılacaq – yeni qanun layihəsi kritik sistemlərin kibertəhlükəsizlik məlumatlarını mərkəzləşdirir.

0
Bu gün / 06:01
|
640

Azərbaycan nefti ucuzlaşdı, qiymət 79.76 dollara düşdü

Azərbaycan nefti ucuzlaşdı: "Azeri Light" markalı neftin qiyməti 79.76 dollara düşdü.

0
Dünən / 17:01
|
541

SOCAR innovasiya müsabiqəsi keçirir

SOCAR “Ağıllı şəhərsalma və sənaye həlləri” innovasiya müsabiqəsi elan edir. Tələbələr, startaplar və tədqiqatçılar üçün 6 həftəlik mentorluq proqramı.

0
Dünən / 10:31
|
886

Neftin son qiyməti: Brent 77.56, WTI 73.73

Dünya birjalarında neftin son qiyməti açıqlanıb: Brent 77.56, WTI 73.73 dollar.

0
Dünən / 10:00
|
755

SpaceX səhmləri bir gündə 400 milyard dollar düşdü

İlon Maskın SpaceX şirkətinin səhmləri bir gündə 400 milyard dollar dəyər itirib. Səhm qiyməti 154.6 dollara enib.

0
Dünən / 07:32
|
263

Kənd təsərrüfatının davamlı inkişafı üçün baza formalaşdırılıb

Prezident köməkçisi Şahmar Mövsümov kənd təsərrüfatının davamlı inkişafı üçün bazanın formalaşdığını bildirdi.

0
Dünən / 07:32
|
698

Toxum məlumatlarında yanlışlığa görə cərimələr artır

Toxumçuluq sahəsində yanlış məlumata görə cərimələr artırılır. Yeni qanun layihəsi ilə fiziki, vəzifəli və hüquqi şəxslər üçün cərimə məbləğləri müəyyənləşib.

0
Dünən / 07:31
|
941

Kənd təsərrüfatı torpaqlarının konsolidasiyası qanunlaşır

Milli Məclisdə kənd təsərrüfatı torpaqlarının konsolidasiyası ilə bağlı qanun layihəsi müzakirə olunur. Torpaq mülkiyyətçilərinin hüquqları qorunacaq.

0
...
İcbari sığorta növlərində dəyişikliklər olacaq | Bond.az