İslam İnkişaf Bankı (İİB) Qrupuna üzv ölkələrdə təxminən 150 milyon gənc iqtisadi inkişaf prosesindən kənarda qalıb.
Bunu qurumun Şimali Afrika və Mərkəzi Asiya üzrə regional meneceri İdrissa Dia Bakıda keçirilən İİB Qrupunun 2026-cı il İllik Toplantısı çərçivəsində tədbirdə deyib.
Onun sözlərinə görə, dünyada hər beş gəncdən biri nə təhsil alır, nə işləyir, nə də təlim proqramında iştirak edir.
İ.Dia bildirib ki, hazırkı gənc nəsil tarixin ən savadlı, rəqəmsal və sahibkar nəslidir. Əsas problem gənclərin potensialını reallaşdırmasına mane olan sədlərdir.












