Maliyyə naziri Sahil Babayev bildirib ki, ötən il investisiya xərclərinin bir hissəsi icra olunmayıb.
Nazir parlament iclasında çıxışı zamanı deyib: "İstifadə olunmamış investisiya xərcinin əsas hissəsi, 334 milyon manat, xarici kreditorlarla birgə layihələr üzrə kreditlərdir".
O qeyd edib ki, proqnozlaşdırmada optimist ssenarilər əsas götürülür və vəsaitlərin cəlb edilməsi icranı təmin edir.
Həmçinin, Nazirlər Kabineti tərəfindən investisiya layihələrinin monitorinqi qaydaları təsdiqlənib.












