Kəlbəcər rayonunun beş kəndinin layihələndirmə işləri başa çatıb. Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev WUF13 çərçivəsindəki tədbirdə bu barədə məlumat verib.
Otlu, Zar, Qamışlı, Zallar və Yanşaq kəndlərinin layihələri ekspertizaya təqdim olunub. Çaykənd, Çəpli və Dəlləkli kəndlərində isə işlər davam edir.
Kəlbəcər şəhərində 2.42 hektar və 10.1 hektar ərazidə inzibati binalar layihələndirilir. Həmçinin İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi planlaşdırılır.
Toğanalı-Kəlbəcər-İstisu yolunun 85%-i hazırdır. 82 km uzunluğundakı yolda 5 tunel var, onlardan biri Qafqazda ən uzun tuneldir.
Kəlbəcər-Laçın yolunun 48%-i, Suqovuşan-Sərsəng-Gözlükörpü-Kəlbəcər yolunun 45%-i tamamlanıb. Şəhər daxili yollarının uzunluğu 26.5 km, mərkəzi küçə isə 2.6 km-dir.












