Ölkədə kritik sistemlərə qarşı kiberhücum və təhdidlər haqqında məlumatlar mərkəzləşdirilir. Bu dəyişiklik İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanuna təklif edilən layihədə əks olunub.
Layihəyə əsasən, Milli CERT kibertəhdid, hücum və insidentlər üzrə məlumat mübadiləsini koordinasiya edəcək. Lakin kəşfiyyat və əks-kəşfiyyat subyektlərinə məxsus infrastrukturun təhlükəsizliyi barədə məlumatlar açıqlanmayacaq və digər qurumlarla paylaşılmayacaq.
Bu qurumların kibertəhlükəsizlik qaydaları onların öz normativ aktları ilə tənzimlənəcək.












