Bu ilin birinci rübündə Azərbaycanda kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 7.3% artıb.
Oxu.Az-ın məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının rüblük "Pul siyasəti icmalı"nda qeyd olunub.
Fevral ayının sonuna nisbətən isə qiymətlər 0.3% yüksəlib. İlkin mənzil bazarında qiymət artımı 13.1%, təkrar bazarında isə 8.1% olub.












