May ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı, Şəki, Sabirabad, Gədəbəy, Füzuli, Yardımlı və Naxçıvanın Ordubad rayonunda sahibkarlarla görüşlər təşkil edəcək.
Görüşlərdə dövlət dəstəyi mexanizmləri, arıçılıq, ekoturizm, yoxlamaların tənzimlənməsi, gənclərin biznesə cəlb edilməsi və işğaldan azad edilmiş ərazilərdə imkanlar müzakirə olunacaq.
Tədbirlər onlayn və oflayn formatda keçiriləcək. KOBİA və dövlət qurumlarının nümayəndələri iştirakçıların suallarını cavablandıracaq.
Ətraflı məlumat: link.
Qeyd edək ki, 2026-cı ilin ilk rübündə 26 görüş keçirilib, 700-ə yaxın KOB subyekti iştirak edib.












