Bu ilin iyunun 1-nə Azərbaycan manatının dövretmə sürəti 2.96 bənd təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu göstərici əvvəlki ayla eyni, ilin əvvəli ilə müqayisədə 0.24 bənd, ötən ilin eyni dövrünə nisbətən isə 0.4 bənd azalıb.
Son 21 ildə ən aşağı hədd 2015-ci ilin yanvarında qeydə alınıb (2.68 bənd). Ən yüksək göstərici isə 2005-ci ildə (15.72 bənd) olub.












