Bond.az White LogoBond.az Black Logo

MiniBoss Business School-da startap çempionatı keçirildi

MiniBoss Business School Baku-da 6-17 yaşlı uşaqlar arasında startap çempionatı keçirildi. Qaliblər və nominasiyalar haqqında ətraflı.

Orxan Sultanov
Müəllif:Orxan Sultanov- Yazar
|
0

"MiniBoss Business School Baku"nun təşkilatçılığı ilə 6-17 yaşlı uşaq və yeniyetmələr arasında startaplar üzrə milli çempionat uğurla baş tutub.

Oxu.Az xəbər verir ki, çempionatda 20 komanda iki əsas istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında mübarizə aparıb.

İştirakçıların layihələri mənfəətlilik, innovativlik, mediada işıqlandırılma, münsiflər heyətinin suallarına cavab vermə bacarığı kimi meyarlar əsasında qiymətləndirilib.

Qeyd edək ki, SIFE kateqoriyası sərbəst sahibkarlıq və biznesyönümlü startapları, SAGE kateqoriyası isə cəmiyyətə və ətraf mühitə fayda verməyi hədəfləyən sosial layihələri əhatə edir.

Çempionatın yekun nəticələrinə əsasən, hər iki kateqoriya üzrə ən yüksək nəticə göstərən üç komanda qalib elan olunub. Bununla yanaşı, iştirakçılar müxtəlif xüsusi nominasiyalar üzrə də mükafatlandırılıblar. Münsiflər heyəti komandaları "Ən yaxşı təqdimat", "Ən kreativ ideya", "Ən innovativ ideya", "Ən yaxşı məhsul dizaynı", "Ən yaxşı səhnə çıxışı", və "Ən uğurlu brend adı" nominasiyaları üzrə qiymətləndirib.

Çempionatın təqdimat mərhələsindən sonra ənənəvi "MiniBoss Bazar" təşkil olunub. Sərgi-satış formatında keçirilən bu platformada tələbələr öz məhsul və xidmətlərini tədbir qonaqlarına təqdim edərək real satış həyata keçirmək imkanı əldə ediblər. Bu mərhələ gənc sahibkarların satış təcrübəsi qazanmasına və müştərilərlə birbaşa ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb.

Qeyd edək ki, cari ilin aprel ayında keçirilən Startap Forumunda iştirakçı komandalar öz biznes və sosial layihələrini yerli biznes ictimaiyyətinin tanınmış nümayəndələri, sahibkarlar və investorlar qarşısında təqdim ediblər. Münsiflər heyətinin qiymətləndirməsi əsasında seçilən layihələrə qrant dəstəyi ayrılıb. Komandalar həmin vəsaitlərdən ilkin kapital kimi istifadə edərək layihələrini reallaşdırıb və əldə etdikləri nəticələri milli çempionatda nümayiş etdiriblər.

"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcud olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "MiniBoss Business School" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında "STARTUP Forum", milli və dünya çempionatları təşkil edir.

Xatırladaq ki, bu il Dünya Çempionatı isə 9-12 iyul tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.

Daha çox foto burada: PhotoStock.az

Digər Xəbərlər
Bu gün / 06:31
|
806

Azeri Light nefti ucuzlaşdı

Azeri Light neftinin qiyməti 6.35 dollar ucuzlaşaraq 90.5 dollar oldu. Azərbaycan nefti dünya bazarında ucuzlaşıb.

0
Dünən / 20:01
|
577

Neft ucuzlaşmasının səbəbi

Neft bazarında ucuzlaşmanın səbəbləri: geosiyasi adaptasiya, qlobal iqtisadi yavaşlama.

0
Dünən / 11:02
|
549

Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək. Halal iqtisadiyyat, davamlılıq və regional inteqrasiya müzakirə olunacaq.

0
Dünən / 10:02
|
819

Hesablama Palatası sədrinin şəffaflıq təklifləri

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcə şəffaflığının artırılması üçün təkliflər verib.

0
Dünən / 10:01
|
277

Yeni cərimələr təsdiqləndi

Azərbaycanda yeni cərimələr təsdiqləndi. Parlament İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qəbul etdi.

0
Dünən / 09:32
|
342

Şərqi Zəngəzurda pilot istixana aqroparkı yaradılacaq

2026-2030 Dövlət Proqramı ilə Şərqi Zəngəzurda pilot istixana aqroparkı yaradılacaq, buğda və pambıq məhsuldarlığı artırılacaq.

0
Dünən / 09:30
|
807

İqtisadi artımın yükü nəqliyyat və ticarət sektorunda

Deputat Tahir Mirkişli iqtisadi artımın nəqliyyat və ticarət sektoruna əsaslandığını bildirdi. Büdcə planlamasının keyfiyyəti artıb.

0
Dünən / 09:00
|
320

44 publik şəxsə 968 milyon manat ayrıldı

2025-ci ildə 44 publik hüquqi şəxsə dövlət büdcəsindən 968 milyon manat vəsait ayrılması barədə xəbər.

0
Dünən / 07:31
|
746

Kənd təsərrüfatında yeni inkişaf modeli müzakirə olundu

Kənd təsərrüfatında yeni inkişaf modeli müzakirə olundu. 2026-2030-cu illər üçün Dövlət Proqramı Ağdaşda təqdim edildi.

0
Dünən / 07:31
|
933

Yeni aqrar proqramın nəticələri yerlərdə formalaşacaq

Şahmar Mövsümov yeni aqrar dövlət proqramının nəticələrinin yerlərdə fermerlər və investorların birgə səyləri ilə formalaşacağını bildirib.

0
Dünən / 07:02
|
464

Neft kəskin ucuzlaşdı - 89 dollar aşağı düşdü

Dünya bazarında neft qiymətləri kəskin ucuzlaşdı. Brent nefti 88.66 dollar, WTI isə 85.86 dollar səviyyəsinə düşdü.

0
Dünən / 07:01
|
749

Xalid Əhədov: Yeni dövlət proqramı intensiv inkişafı təmin edəcək

Xalid Əhədov yeni dövlət proqramının aqrar sahədə intensiv inkişafı təmin edəcəyini bildirib. Subsidiyalar, məhsuldarlıq və ixracyönümlülük ön plandadır.

0
...