İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, hökumətin təşviq etdiyi sənayeləşmə siyasətinə özəl sektor böyük maraq göstərir.
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində çıxış edən nazir qeyd edib ki, gələcəkdə sənaye istehsalı və yüksək əlavə dəyər yaradan xidmətlər iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən olacaq.












