Milli Məclis onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib.
Layihəyə əsasən, virtual qumar, o cümlədən internet, mobil rabitə, sosial şəbəkələr və digər elektron vasitələrlə təşkil edildikdə cərimə gəlirin iki mislinədək olacaq və 2 ildən 4 ilədək həbs nəzərdə tutulur.
Yetkinlik yaşına çatmayanların iştirakı, qabaqcadan əlbir olan qrup və ya külli miqdarda gəlir əldə etmə kimi ağırlaşdırıcı hallarda cəza 3 ildən 5 ilədək həbsdir.
Mütəşəkkil dəstə tərəfindən törədildikdə isə cəza 5 ildən 8 ilədək həbs olacaq.












