İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb.
O, AZƏRTAC-a müsahibəsində deyib: "Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu qeyri-neft sektorudur".
Nazir qeyd edib ki, son 20 ildə həyata keçirilən siyasət nəticəsində iqtisadiyyatın strukturu müsbətə doğru dəyişib. 20 il əvvəl qeyri-neft sektorunun payı 45 faizdən aşağı idi.












