Azərbaycanın maliyyə sektoru üçün hazırlanacaq "anti-fraud" qanununun tələblərinə əməl etməyən təşkilatlar cərimələnəcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu AMB-nin İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı deyib.
O bildirib ki, yeni qanunvericilik maliyyə sahəsində vahid tələblər formalaşdıracaq: "Bütün iştirakçılar bu tələblərə uyğun fəaliyyət göstərməli olacaq. Qaydalar qəbul edildikdən sonra uyğunlaşma üçün bir il vaxt veriləcək, sonra yoxlamalar başlayacaq".
Yoxlamalar zamanı pozuntular aşkar edilərsə, əvvəlcə xəbərdarlıq, sonra isə cərimə tətbiq olunacaq.












