"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəf, INPEX şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru Munehiro Hosono ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Görüşdə INPEX-in Azərbaycanın təşəbbüsü ilə icra olunan layihələrdə aktiv iştirakı və SOCAR ilə uğurlu əməkdaşlığı məmnunluqla qeyd olunub. Şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanları müzakirə olunub.
Söhbət zamanı təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.












