Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük daşınması reallaşıb.
126 ton karbamid yüklənmiş iki vaqon və 67 ton un yüklənmiş bir vaqon "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.
Qatar Böyük Kəsik Dəmiryol Stansiyası vasitəsilə Gürcüstan ərazisinə keçəcək, daha sonra Ermənistan istiqamətində hərəkətini davam etdirəcək.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydasında 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq daşınıb.
Tranzit daşımalarla yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da həyata keçirilir. Bu günədək Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2 955 ton Aİ-95 markalı benzin göndərilib.












