Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Ağıllı şəhərsalma və sənaye həlləri” mövzusunda innovasiya müsabiqəsinə start verir. Müsabiqənin əsas məqsədi smart urbanizasiya, dayanıqlı inkişaf və texnologiya əsaslı innovativ ideyaları dəstəkləməkdir.
Müsabiqə çərçivəsində iştirakçılar enerji, ekologiya, su, infrastruktur və şəhər sistemləri kimi sahələrdə həllər təklif edəcəklər. Seçilmiş komandalar 6 həftəlik mentorluq proqramında iştirak edərək layihələrini final təqdimatına hazırlayacaqlar.
Müsabiqədə tələbələr, gənc mütəxəssislər, startap və innovasiya komandaları iştirak edə bilər. Müraciət üçün son tarix: 26 iyun 2026-cı il.












