İyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəf "Shell" şirkətinin icraçı vitse-prezidenti Valid Hadi ilə görüşüb.
Görüşdə enerji sektorunun müxtəlif sahələrində potensial əməkdaşlıq müzakirə olunub. Xüsusilə, imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Tərəflər upstream, midstream, downstream, insan kapitalı, tədqiqat və innovasiya, eləcə də süni intellektin tətbiqi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.












