İlon Maskın “SpaceX” şirkətinin səhmləri bir gündə 400 milyard dollar dəyər itirib.
İyunun 22-də keçirilən hərraclarda şirkətin qiymətli kağızları 16.43% ucuzlaşaraq 185 dollardan 154.6 dollara enib.
Bu enişlə “SpaceX”in ümumi kapitallaşması 2.437 trilyon dollardan 2.037 trilyon dollara düşüb.
Xatırladaq ki, “SpaceX” iyunun 12-də birjaya çıxıb və IPO tarixin ən böyük ilkin yerləşdirməsi olub.












