Azərbaycanda kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramı təsdiqlənib. Bu proqram aqrar sahədə məhsuldarlığı və əlavə dəyəri artırmağı hədəfləyir.
Prezidentin köməkçisi Zeynal Nağdəliyev bildirib ki, proqramın əsas məqsədi istehsal göstəricilərini artırmaqla yanaşı, hər hektardan daha keyfiyyətli məhsul əldə etməkdir. O, Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarında keçirilən müşavirədə çıxış edib.
Nağdəliyev qeyd edib ki, proqram kənd təsərrüfatında dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyini, məhsuldarlığı və ixracyönümlülüyü artıracaq. Həmçinin balıqçılıq və akvakultura sektorunun inkişafını nəzərdə tutur.
"Proqram ekstensiv yanaşmadan intensiv inkişaf modelinə keçidi sürətləndirəcək", - deyə o vurğulayıb.











