"Global South NGO Platform"un təşəbbüsü ilə WUF13 çərçivəsində hazırlanan "Bakı Bəyannaməsi"ni 103 ölkədən 569 QHT imzalayıb.
Sənəddə Azərbaycanın WUF13-ün uğurlu təşkili və postmünaqişə bərpası təcrübəsi təqdir edilir.
Bəyannamədə "Azərbaycan təcrübəsi"nin beynəlxalq etalon kimi qəbulu təklif olunur.
QHT Forumu WUF tarixində ilk dəfə Bakıda keçirilib və vətəndaş cəmiyyətinin iştirakında yeni mərhələ hesab olunur.
GSNP-nin ilk Baş Assambleyası çağırılaraq rəhbərlik formalaşdırılıb.
Bəyannamədə UN-Habitat-a GSNP-ni rəsmi tərəfdaş kimi tanıma çağırışı edilir.
"Bakı Standartı"na uyğun təşkilatlanma təşviq edilir.












