ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Azərbaycana səfər edib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Səfər mayın 31-də başlayıb və iyunun 3-dək davam edəcək.
Görüşlərin əsas məqsədi iqtisadi, enerji və biznes sahələrində əməkdaşlığı müzakirə etməkdir.












