Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda aparılan tikinti işlərinin hədəflərini açıqlayıb.
Onun sözlərinə görə, Ağdamda 4 və 5-ci yaşayış komplekslərinin, həmçinin iki kəndin tikintisinin başa çatdırılması nəzərdə tutulur.
Bundan əlavə, Füzulinin Dövlətyarlı və Pirəhmədli kəndlərində də tikinti işləri yekunlaşacaq.
Xüsusi nümayəndə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə dövlət büdcəsindən 25 milyard manat ayrılıb.












