Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib ki, Almaniya bu il Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfərini gözləyir.
“Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Biz ümid edirik ki, o, yaxın gələcəkdə Almaniyaya səfər edəcək. Hələlik konkret tarix yoxdur, lakin biz onu elə bu il rəsmi səfərlə qəbul etməyi gözləyirik”, - deyə səfir qeyd edib.
O, həmçinin vurğulayıb ki, cari ildə iki ölkə arasında illik siyasi məsləhətləşmələr artıq baş tutub. 2027-ci ildə siyasi məsləhətləşmələrlə yanaşı, ticarət və investisiyalar üzrə işçi qrupu da fəaliyyətini davam etdirəcək.












