Nazirlər Kabineti yeni qaydalar təsdiqləyib: vahid xəzinə hesabının qalıq vəsaitləri AMB və ARDNF-ə idarəetməyə verilə bilər.
Bu qərar dövlət büdcəsinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Qalıq vəsaitlərin idarə edilməsi zamanı büdcə gəlirləri, xərcləri, likvidlik və kredit riskləri nəzərə alınacaq.
İdarəetməyə verilən vəsaitlər yalnız yüksək reytinqli depozitlərə, pul fondlarına və dövlət qiymətli kağızlarına yatırıla bilər. Səhmlər və törəmə alətlər qadağandır.
İdarəçi aylıq, nazirlik isə illik hesabat təqdim edəcək. Gəlirlər birbaşa vahid xəzinə hesabına köçürüləcək.












