Latın Amerikası Qadınlar və Məskunlaşma Şəbəkəsinin həmtəsisçisi Ana Falu, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində Azərbaycana təşəkkürünü bildirib.
O, qonaqpərvərliyi yüksək qiymətləndirərək hökumət, könüllülər və tərəfdaşlara minnətdarlığını ifadə edib.
Falu qadın hüquqları sahəsində irəliləyişə baxmayaraq, milyonlarla qadının sistemli ayrı-seçkiliklə üzləşdiyini vurğulayıb.
O, qadınların qərarvermə proseslərində fəal iştirakının vacibliyini qeyd edib: "Qadınların səsinin eşidilməsi həlledici əhəmiyyət daşıyır".
Ekspert şəhərsalma və mənzil siyasətində qadınların iştirakının gücləndirilməsinin vacibliyini vurğulayıb.












