Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda keçirilən parlament seçkisi ilə bağlı bəyanat yayıb.
Bəyanatda seçkinin nəticələrinin Ermənistan xalqı üçün xeyirli olması arzulanıb.
Sənəddə vurğulanıb: "Seçkidən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını mümkün edəcək şəraitin formalaşacağına ümid edirik."
Türkiyə region sabitliyinə töhfə verəcəyini də bildirib.












