İyunun 30-da Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə baxış davam etdirilib.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər erməni və rus dillərində tərcüməçi ilə təmin olunub.
Yeni müdafiəçilər təyin edilib, çıxışlar dinlənilib. Növbəti iclas iyulun 3-də olacaq.












