Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ağdam "Qafqazın Xirosiması" adlanır. Bu, nüvə silahı ilə deyil, insan əli ilə törədilmiş dağıntılara görədir.
O, "WUF13 QHT Forumu"nda çıxış edərək qeyd edib ki, işğal dövründə şəhərlər tamamilə dağıdılıb. Lakin indi həmin torpaqlarda yeni həyat canlanır, yeni şəhərlər qurulur.
Hacıyev vurğulayıb ki, Azərbaycan şəhərsalma təcrübəsini dünya ilə bölüşməyə hazırdır. Ölkə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edir.












