Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik layihəsini müzakirəyə çıxarıb. Layihədə avtonom gəmi, operator, məsafədən idarəetmə mərkəzi kimi anlayışlar daxil edilir.
Avtonom gəmi səfər boyunca insan müdaxiləsi olmadan avtomatlaşdırılmış sistem vasitəsilə hərəkət edə bilən mülki təyinatlı vasitədir. Operator isə bu sistemi təmin edən şəxsdir.
Yüksək və tam avtomatlaşdırma səviyyəsi olan gəmilər məcəlləyə daxil edilir. Avtonom gəmi sahibi texniki tələblərə uyğunluğu və operator cəlb olunmasını təmin etməlidir.











