Bond.az White LogoBond.az Black Logo

Aydın Hüseynov: Azərbaycan qlobal həmrəylikdə fəal rol oynayır

Deputat Aydın Hüseynov WUF13-ün Azərbaycanın qlobal həmrəylik və dialoqda rolunu vurğuladı.

Orxan Sultanov
Müəllif:Orxan Sultanov- Yazar
|
0

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası - WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.

Bunu Oxu.Az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, forum 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirdi və bu göstəriciyə görə WUF13 Ümumdünya Şəhərsalma Forumunun indiyədək keçirilmiş ən genişmiqyaslı sessiyası kimi tarixə düşdü.

COP29-dan sonra WUF13 ölkəmizdə təşkil olunan ikinci ən böyük beynəlxalq tədbir oldu.

WUF13-ün Bakıda keçirilməsi göstərdi ki, Azərbaycan artıq təkcə regional deyil, həm də qlobal məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib. Ölkəmiz qlobal həmrəyliyin, beynəlxalq əməkdaşlığın və çoxtərəfli dialoqun təşviqində fəal rol oynayır.

Forum çərçivəsində mühüm yeniliklərdən biri Liderlərin Bəyanatları sessiyasının keçirilməsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə belə bir sessiya təşkil edildi. Bu tədbirə dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar və beynəlxalq təşkilatların rəhbərləri qatıldılar. Onlar Azərbaycanın yüksək qonaqpərvərliyini, forumun uğurlu təşkilini və Bakıda yaradılmış səmərəli dialoq mühitini xüsusi qeyd etdilər.

A.Hüseynov qeyd edib ki, WUF13 çərçivəsində keçirilən Nazirlər Görüşü də mühüm əhəmiyyət daşıdı.

Azərbaycanın sədrliyi ilə baş tutan görüşdə 70-dək ölkəni təmsil edən nazir və nazir müavinləri iştirak etdilər. Görüşün yekununda qəbul edilən "Sədrin xülasəsi" sənədində Azərbaycanın forumun təşkilində göstərdiyi yüksək səviyyə, Prezident İlham Əliyevin uzaqgörən liderliyi və ölkəmizin postmünaqişə dövründə apardığı bərpa-quruculuq işləri yüksək qiymətləndirildi.

Azərbaycan WUF13-də öz unikal təcrübəsini də beynəlxalq ictimaiyyətlə bölüşdü. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, "Böyük Qayıdış" Proqramı, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi forum iştirakçılarının diqqətini cəlb etdi. Bu təcrübə postmünaqişə dövründə bərpa işləri aparan ölkələr üçün mühüm nümunə kimi qiymətləndirildi.

Deputatın sözlərinə görə, forumun digər mühüm istiqamətlərindən biri də ekoloji dayanıqlılıq və yaşıl şəhərsalma oldu.

Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli forumda təmiz hava, yaşıl infrastruktur və davamlı şəhərlər mövzusu müzakirə edildi. Tədbirin sonunda qəbul edilən "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı" gələcək şəhərsalma gündəliyi üçün mühüm çağırış kimi dəyərləndirilə bilər.

Azərbaycanın təşəbbüsü ilə Bakı Şəhər Mükafatının təsis olunması da ölkəmizin qlobal şəhərsalma proseslərinə verdiyi töhfənin daha bir göstəricisidir. Bundan başqa, WUF13-ün təşkili zamanı tətbiq edilən innovativ yanaşmalar gələcək forumlar üçün nümunə kimi qəbul olundu. Bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında niyyət məktubunun imzalanması Azərbaycanın bu sahədə qabaqcıl təcrübə formalaşdırdığını göstərir.

Ümumilikdə, WUF13 Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək bacarığını, şəhərsalma sahəsində müasir yanaşmalarını və qlobal təşəbbüslərə töhfə vermək imkanlarını bir daha təsdiqlədi. Bakı Forumu yalnız uğurlu beynəlxalq tədbir kimi deyil, həm də Azərbaycanın qlobal şəhərsalma gündəliyində qalıcı iz buraxan mühüm platforma kimi yadda qaldı.

Digər Xəbərlər
Dünən / 15:32
|
876

Apellyasiya məhkəməsi davam etdirilib

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının işi üzrə apellyasiya prosesi davam edir.

0
Dünən / 14:31
|
413

Ceyhun Bayramov ICMP baş direktoru ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov ICMP baş direktoru Katrin Bomberger ilə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsini müzakirə edib.

0
Dünən / 13:31
|
555

İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Venesuelada baş vermiş zəlzələ ilə əlaqədar Delsi Rodriqesə başsağlığı verdi.

0
Dünən / 13:04
|
469

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

Prezident İlham Əliyevin yeni fərmanı ilə DTX strateji obyektlərin mühafizəsində əməliyyat-axtarış səlahiyyəti qazandı.

0
Dünən / 12:31
|
265

Korrupsiya xəbərçiləri və yaxınlarına təzyiq qadağan edildi

Azərbaycanda korrupsiya xəbərçiləri və yaxınlarına təzyiq qadağan edildi. Prezident İlham Əliyev müvafiq qanunu imzaladı.

0
Dünən / 12:31
|
351

Prezident Esvatini ilə memorandumu təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Esvatini arasında dövlət xidmətləri sahəsində əməkdaşlıq memorandumunu təsdiqləyib.

0
Dünən / 11:30
|
352

‘Elektron icra’ sisteminin imkanları genişləndi

‘Elektron icra’ informasiya sisteminin funksionallığı artırılıb – yeni qərarla sənəd və əmlak uçotu təmin edilir.

0
Dünən / 10:02
|
442

Leyla və Arzu Əliyeva Onkologiya Mərkəzində

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində oldular. Detallar Bond.az-da.

0
Dünən / 10:02
|
265

Özbəkistandan TDT-yə radikalizmlə mübarizə üçün işçi qrupu təklifi

Özbəkistan TDT-yə radikalizmlə mübarizə üçün işçi qrupu yaradılması və digər təkliflər təqdim edib.

0
Dünən / 09:31
|
428

Sodik Toşboyev: İslam elminin yayılmasında alimlərin rolu

Sodik Toşboyev İslam elminin yayılmasında alimlərin rolunu vurğulayıb, TDT görüşündə İslam Forumuna dəvət edib.

0
Dünən / 09:03
|
595

Safi Arpaquş: İslam dünyasında iki növ cəhalət

Safi Arpaquş TDT görüşündə islam dünyasında iki növ cəhaləti açıqladı: dini bilik çatışmazlığı və xarici ssenarilər haqqında məlumatsızlıq.

0
Dünən / 08:00
|
397

Şuşada TDT ölkələrinin dini qurum rəhbərləri görüşür

Şuşada TDT ölkələrinin dini qurum rəhbərlərinin ilk görüşü keçirilir. Məqsəd ortaq mənəvi dəyərləri qorumaq və əməkdaşlığı gücləndirməkdir.

0
...
Aydın Hüseynov: Azərbaycan qlobal həmrəylikdə fəal rol oynayır | Bond.az