Bond.az White LogoBond.az Black Logo

Azərbaycan BƏT-in yeni konvensiyasına qoşuldu

Azərbaycan BƏT-in 187 nömrəli Əməyin Təhlükəsizliyi və Gigiyenası Konvensiyasına qoşuldu. Cenevrədə keçirilən sessiyada nazir Anar Əliyev bildirişi təqdim etdi.

Samir Məmmədov
Müəllif:Samir Məmmədov- Senior Editor
|
0

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə keçirilən 114-cü sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizin BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.

Anar Əliyevlə Jilber Hunqbonun görüşündə Azərbaycanın ötən dövrdə Təşkilatın artıq 60 Konvensiyasına qoşulduğu və daha bir sıra konvensiyaların ratifikasiya imkanlarının nəzərdən keçirildiyi diqqətə çatdırılıb.

Sessiya çərçivəsində nazir Anar Əliyevin Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhanla görüşündə ölkələrimiz arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğu vurğulanıb. İki nazirlik arasında əməkdaşlıq gündəliyinə, habelə işçi qüvvəsinin ixracı ilə bağlı əməkdaşlığın davamlı və daha intensiv xarakter almasına dair fikir mübadiləsi aparılıb.

Litvanın sosial təminat və əmək naziri Yurate Zaylskyene ilə görüşən nazir Anar Əliyev ölkələrimiz arasında sosial sahədə əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanlar olduğunu qeyd edib. Görüşdə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi, Litvanın əmək bazarının ehtiyaclarına uyğun olaraq Azərbaycandan işçi qüvvəsinin cəlb edilməsi imkanlarının araşdırılması məsələləri müzakirə olunub.

BƏT-in Baş direktorunun köməkçisi və kabinetinin rəhbəri Beate Andres və BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Roy ilə görüşlərdə ölkəmizin BƏT-lə əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.

Digər Xəbərlər
Bu gün / 10:02
|
442

Leyla və Arzu Əliyeva Onkologiya Mərkəzində

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində oldular. Detallar Bond.az-da.

0
Bu gün / 10:02
|
265

Özbəkistandan TDT-yə radikalizmlə mübarizə üçün işçi qrupu təklifi

Özbəkistan TDT-yə radikalizmlə mübarizə üçün işçi qrupu yaradılması və digər təkliflər təqdim edib.

0
Bu gün / 09:31
|
428

Sodik Toşboyev: İslam elminin yayılmasında alimlərin rolu

Sodik Toşboyev İslam elminin yayılmasında alimlərin rolunu vurğulayıb, TDT görüşündə İslam Forumuna dəvət edib.

0
Bu gün / 09:03
|
595

Safi Arpaquş: İslam dünyasında iki növ cəhalət

Safi Arpaquş TDT görüşündə islam dünyasında iki növ cəhaləti açıqladı: dini bilik çatışmazlığı və xarici ssenarilər haqqında məlumatsızlıq.

0
Bu gün / 08:00
|
397

Şuşada TDT ölkələrinin dini qurum rəhbərləri görüşür

Şuşada TDT ölkələrinin dini qurum rəhbərlərinin ilk görüşü keçirilir. Məqsəd ortaq mənəvi dəyərləri qorumaq və əməkdaşlığı gücləndirməkdir.

0
Bu gün / 07:31
|
303

Azərbaycan Metrik Konvensiyaya qoşuldu

Azərbaycan Parlamenti Metrik Konvensiyaya qoşulmağı ratifikasiya edib. Beynəlxalq standartlaşdırma üçün tarixi addım.

0
Dünən / 17:01
|
984

Korsika qanunu layihəsi parlamentdə dəstəkləndi

Azərbaycan Milli Məclisi Korsikaya muxtariyyət verən konstitusiya qanunu layihəsini dəstəkləyib.

0
Dünən / 16:30
|
928

Rəqəmsal inkişafda liderlik hədəfi

Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasında süni intellektin rolunu və Azərbaycanın rəqəmsal liderlik hədəfini açıqlayıb.

0
Dünən / 15:30
|
988

Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi

Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının ilk iclası Mehriban Əliyevanın sədrliyi ilə keçirildi. Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik müzakirə olundu.

0
Dünən / 15:02
|
337

İlham Əliyev: Türk dünyası güc mərkəzinə çevrilir

İlham Əliyev Türk Dünyası Həftəsində türk dövlətlərinin qlobal güc mərkəzinə çevrildiyini vurğuladı.

0
Dünən / 11:02
|
380

Ərdoğan: 'Türk əsri' arzusu

Türkiyə Prezidenti Ərdoğan Bakıda Türk Dünyası Həftəsində 'Türk əsri' arzusunu dilə gətirdi.

0
Dünən / 11:01
|
517

Mirziyoyev: Türkoloji Qurultay yeni dövrün əsasını qoydu

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Birinci Türkoloji Qurultayın 100 illiyi haqqında danışıb.

0
...
Azərbaycan BƏT-in yeni konvensiyasına qoşuldu | Bond.az