İyunun 23-də Nyu-Yorkda keçirilən BMT Uşaq Hüquqları Konvensiyası tərəf dövlətlərinin 21-ci iclasında Azərbaycan namizədi Fərid Ədilov Uşaq Hüquqları Komitəsinə (CRC) 2027-2031-ci illər üzrə üzv seçilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, seçkidə 16 ölkədən namizədlər 9 vakant yer uğrunda mübarizə aparıb. Esseks Universitetinin doktorantı Ədilov ilk mərhələdə 130 səslə qalib gəlib.
Bu, Azərbaycan vətəndaşının komitədə ilk təmsilçiliyidir. CRC 1989-cu il Konvensiyasının icrasına nəzarət edən 18 müstəqil ekspertdən ibarət qurumdur.












