Azərbaycana qərəzli yanaşanların sayı azalıb. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O, Bakıda WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan qarayaxma kampaniyalarına fikir vermir.
Hacıyev qeyd edib: Avropa Parlamentində ölkəmizə qarşı son 5 ildə 10-dan çox qətnamə qəbul edilib. Onları qəbul edənlər nədən danışdıqlarını bilmirlər. Azərbaycan bu gün dünyanın diplomatik mərkəzi rolunda çıxış edir.












