İyunun 24-də Haaqada Azərbaycan Xarici İşlər Nazirliyi ilə Niderland Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Niderland nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Marsel de Vink rəhbərlik ediblər.
Görüşdə ikitərəfli əlaqələrin hazırkı durumu və gələcək perspektivləri müzakirə edilib. Siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfərlər və beynəlxalq tədbirlərdə görüşlərin əhəmiyyəti vurğulanıb.
İqtisadi əməkdaşlıq, mədəniyyət, elm və təhsil sahələrində birgə fəaliyyətin genişləndirilməsi nəzərdən keçirilib. Regional məsələlər, Azərbaycan-Ermənistan sülh prosesi və işğaldan azad edilmiş ərazilərdə bərpa işləri barədə məlumat verilib.
Tərəflər çoxtərəfli platformalarda əməkdaşlıq və namizədliklərin qarşılıqlı dəstəklənməsi mövqelərini bölüşüblər. Fariz Rzayev Niderland rəsmiləri ilə görüşlər keçirib və dəyirmi masada iştirak edib.












