Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib ki, Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiyaya qoşulub.
Nazir Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) çıxışında deyib: "2024-cü ildə COP29-u uğurla keçirdik, İtki və Zərər Fondu fəaliyyətə başladı."
"Cari ilin 5 iyununda Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Dünya ictimaiyyətini 'Təbiətdən ilhamlanaraq: İqlim naminə, gələcəyimiz naminə' şüarı altında fəaliyyətə səsləyirik", - deyə nazir əlavə edib.












