Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası keçirilib. Tədbirdə iki ölkə arasında bir neçə mühüm sənəd imzalanıb.
Azərbaycan baş nazirinin müavini Samir Şərifov və Belarus baş nazirinin müavini Natalya Petkeviç iclasın protokolunu imzalayıblar.
Statistika sahəsində Anlaşma Memorandumu, idman və səhiyyə sahələrində əməkdaşlıq proqramları da imzalanan sənədlər sırasındadır.
Bundan əlavə, Gəncə Avtomobil Zavodu ilə Belarus şirkəti arasında yanğınsöndürmə texnikasının yığılması üzrə müqavilə bağlanıb.
Bu sənədlər iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin genişlənməsinə xidmət edir.












